• Bakı 33° C

    0.79 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Köçəryan: “Paşinyan bu seçkilərdə hakimiyyətdə qala bilməyəcək”

DÜNYA

06 Avqust 2025 | 09:19

Köçəryan: “Paşinyan bu seçkilərdə hakimiyyətdə qala bilməyəcək”

Ermənistanın sabiq prezidenti Robert Köçəryan növbəti parlament seçkilərində baş nazir Nikol Paşinyanın hakimiyyətdə qala bilməyəcəyini bildirib.

Bakıvaxtı.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Belə ki, o, Paşinyanın siyasi mövqeyinin zəiflədiyini və cəmiyyətin ona olan inamının azaldığını qeyd edib. Köçəryan "Hayastan" blokunun seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Məlumata görə, sabiq prezident iş adamı Samvel Karapetyanın ətrafında formalaşan yeni siyasi hərəkatın da mübarizəyə qoşulduğunu bildirib. Köçəryan həmçinin Karapetyanı perspektivli lider kimi qiymətləndirib və Paşinyanın kilsə ilə münasibətlərini tənqid edib.

Eks dövlət başçısının sözlərinə görə, qarşıdan gələn seçkilər ölkənin siyasi mənzərəsini dəyişə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Avqust 2025