1995-ci ilin iyulunda Srebrenitsada serb qüvvələrinin törətdiyi soyqırımın qurbanlarından biri olan Fata Bektiç 30 il sonra dəfn ediləcək.
Bakıvaxtı.az bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.
Belə ki, onun qızı Behija Rotiç anasını itirdiyi gündən bəri yaşadığı ağrıları unuda bilmədiyini deyib.
Bu il keçiriləcək anma mərasimlərində Bektiç yeddi şəxs arasında ən yaşlı və yeganə qadın qurban olacaq.
Rotiç bildirib ki, serblər şəhəri işğal edəndə onlar Potoçariyə qaçmağa məcbur olublar.
Xatırladaq ki, Srebrenitsa soyqırımı müasir Avropa tarixində ən qanlı hadisələrdən biri kimi qalır.
Əli Hüseynov