• Bakı 30° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

KİV: Dünyada çimərliklər yox olmaq təhlükəsi altındadır

DÜNYA

06 Avqust 2025 | 12:30

KİV: Dünyada çimərliklər yox olmaq təhlükəsi altındadır

Dünyanın müxtəlif bölgələrindəki çimərliklər, qumun yuyulması səbəbindən qarşısının alınması çətin olan sahil xəttinin eroziyası təhlükəsi ilə üzləşirlər.

Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “The Financial Times” qəzeti yazır.

"Mayamidən Barselonaya və Avstraliyanın Qızıl Sahilinə qədər hakimiyyət orqanları gələcək illərdə sahil xətlərinin eroziyanın təsirindən necə xilas edilə biləcəyini anlamağa çalışırlar. Eroziyanın bir hissəsi təbii səbəblərdən baş verir. Bu vəziyyəti fırtınalar, dəniz səviyyəsinin qalxması daha da ağırlaşdırır", - nəşr qeyd edib.

Sahil xəttinin bərpası üçün qum süni şəkildə gətirilir. Bu, daşqınlardan təbii müdafiə rolunu oynayır. Lakin qumun qiyməti artır, tikinti və digər sahələrdə yüksək tələbat səbəbindən təklif azalır.

“Barselonanın sahil xətti ildə 30 min kubmetr qum itirir ki, bu da 12 olimpiya hovuzunun həcminə bərabərdir. Eroziyadan qorunma tədbirlərinə baxmayaraq, bəzi çimərliklər tamamilə yox ola bilər, - nəşr qeyd edib.


SON XƏBƏRLƏR

05 Avqust 2025