• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Balakəndə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

HADİSƏ

07 Iyul 2025 | 14:12

Balakəndə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Balakəndə bacısını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Adil Sayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Adil Sayılovun cinayəti sübuta yetirilib və o, 7 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin mart ayında Balakən rayonunda baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Adil Sayılov ailə münaqişəsi zəminində özündən 12 yaş böyük olan bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovanı bıçaqlayıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Həlimət Məmmədova xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.


SON XƏBƏRLƏR