• Bakı 24° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Lavrov Moskvanın tələblərini açıqladı

DÜNYA

07 Iyul 2025 | 13:53

Lavrov Moskvanın tələblərini açıqladı

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın nələri tələb etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Lavrovun sözlərinə görə, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, Rusiyaya qarşı iddiaların geri çəkilməsi və Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvi, aktivlərin geri qaytarılması sülh sazişində yazılmalıdır.

    Lavrov qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin siyasi və diplomatik yolla həllinə açıq olub və indi də açıq qalır.

    O vurğulayıb ki, münaqişənin köklü səbəblərini aradan qaldırmadan davamlı həll mümkün deyil: “Ukrayna öz dövlətçiliyinin mənşəyinə qayıtmalı və onun hüquqi əsasını yaradan sənədlərin ruhuna və hərfinə əməl etməlidir”, – Rusiya XİN başçısı Macarıstanın “Magyar Nemzet” qəzetinə müsahibəsində bildirib.


    SON XƏBƏRLƏR