• Bakı 28° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək

SİYASƏT

07 Iyul 2025 | 10:14

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev Bakının Nərimanov rayonunda vətəndaşları qəbul edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Kamran Əliyev iyulun 11-də saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nərimanov rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Nərimanov rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlər işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.


SON XƏBƏRLƏR