• Bakı 25° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Azərbaycanlı ABŞ-də 137 milyonluq tibbi sığorta fırıldağında ittiham olunur

DÜNYA

07 Iyul 2025 | 11:27

Azərbaycanlı ABŞ-də 137 milyonluq tibbi sığorta fırıldağında ittiham olunur

ABŞ-nin Kaliforniya ştatında yaşayan azərbaycanlı Sevindik Hüseynov 137 milyon dollarlıq tibbi sığorta fırıldağında iştirak etməkdə ittiham olunaraq saxlanılıb.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Şimali Kaliforniya məhkəməsinin saytında məlumat verilib.

Məhkəmə Hüseynovun həbsi üçün order verildiyini bildirib.

Sevindik Hüseynovun sahibi olduğu "Vonyes" adlı şirkətin vasitəsi ilə 2025-ci ilin yanvarın 15-dən iyunun 16-dək Kaliforniyanın müxtəlif ərazilərində saxta sənədlər, təqdimatlar və göndərişlər vasitəsilə ABŞ-ın səhiyyə yardım proqramlarına məxsus pul və əmlakı ələ keçirmək məqsədilə müntəzəm şəkildə aparılan fırıldaqçılıq sxemində iştirak etdiyi bildirilir.

Bu əməllər ABŞ Cinayət Məcəlləsinin 18-ci hissəsinin1347-ci bölməsini pozmaqda ittiham olunur. İttihamlar sübuta yetirildiyi təqdirdə Sevindik Hüseynovu 10 ilədək həbs gözləyir.


SON XƏBƏRLƏR