Bu gün Bolu şəhərində 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçiriləcək.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə Bolu Sosial Elmlər Liseyinin idman zalında olacaq.
İclasda 19-u həbsdə olmaqla ümumilikdə 32 nəfər təqsirləndirilən şəxs hakim qarşısına çıxarılacaq.
Hazırda hadisədə həyatını itirən şəxslərin yaxınlarının məhkəmə zalına buraxılmasına başlanılıb.