• Bakı 25° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Sülh müqaviləsi bu tarixdə imzalana bilər: Paşinyanın taleyi iki dövlətdən asılıdır

SİYASƏT

07 Iyul 2025 | 13:33

Sülh müqaviləsi bu tarixdə imzalana bilər: Paşinyanın taleyi iki dövlətdən asılıdır

“Payızda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Bu, gözlənilir”.

Bu barədə Bakıvaxtı.az-a politoloq Zərdüşt Əlizadə bildirib.

Onun sözlərinə görə, uzun müddətdir ki, Rusiya-Ermənistan münasibətləri pisləşib. İndi də Rusiya-Azərbaycan münasibətləri korlanıb:

“Azərbaycan və Ermənistan Rusiya ilə mənfi münasibətlərdədirlər. Bizim dərdimiz də, düşmənimiz də eynidir. Dərdi, düşməni eyni olan dövlətlər yaxınlaşırlar. Umu-küsünü unudub, düşmənə qarşı birləşirlər. Burada ümumi düşmən Rusiyadır. Konstitusiya dəyişikliyi, Minsk qrupu kimi məsələlər boş söhbətlərdir. Kimdir Ermənistanda konstitusiya sayan? Bütün bunlar kənara qoyulacaq, payızda sülh müqaviləsi imzalanacaq. Payıza qədər də Ermənistanın baş naziri Nikol Paşinyan ona qarşı yönəlmiş çevriliş cəhdini həyata keçirmək istəyən müxalifəti və erməni kilsəsinin başını əzəcək”.

Müsahibimiz vurğulayıb ki, sülh müqaviləsi imzalayacaq və bundan sonra Türkiyə-Ermənistan münasibətləri də normallaşacaq. Əlizadə deyib ki, Paşinyan 2026-ci il seçkilərinə erməni xalqına sülh təmin edən bir lider kimi gedib, qalib olacaq. Rusiya da bunu anladığı üçün indiki mərhələdə Ermənistanda çevriliş etmək istəyir. Bu məsələdə Azərbaycan və Türkiyənin böyük rolu var.

Zərdüşt Əlizadə: Minsk qrupunun olub-olmaması bizim üçün əhəmiyyət daşımır

Politoloq bildirib ki, Paşinyanın siyasi gələcəyi bu iki dövlətdən - Azərbaycan və Türkiyədən xeyli asılıdır. Ona görə sülh müqaviləsi imzalanmalıdır.

Z.Əlizadə hesab edir ki, Minsk qrupunun olub-olmaması bizim üçün əhəmiyyət daşımır:

“2020-ci ildə müharibə ərəfəsində Minsk qrupu nümayəndə heyəti qaça-qaça Bakıya gəlmişdi. Azərbaycan prezidenti onların üzünə “Biz sizi dəvət etməmişik” dedi. Açıqca üzlərinə söylədi ki, biz sizi çağırmamışıq, bura nəyə gəlmisiniz? Onların varlığı-yoxluğu bizə maraqlı deyil. Minsk qrupu məsələsi bitib. İndi siyasi vəziyyət elə dəyişib ki, həm Ermənistana, həm də Azərbaycana sülh müqaviləsi əl verir. Düşünürəm ki, bu yaxınlarda müqavilə imzalanacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR