• Bakı 25° C

    6.59 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Ərdoğanın müşavirinin vəziyyəti ağırlaşdı

DÜNYA

07 Iyul 2025 | 11:18

Ərdoğanın müşavirinin vəziyyəti ağırlaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yiğit Bulud xəstəxanaya yerləşdirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb. Onun xərçəng xəstəsi olduğu, özəl xəstəxanalardan birində müalicə aldığı və son həftələrdə vəziyyətinin pisləşdiyi bildirilir. 

Nəşrin məlumatına görə, Ərdoğan Buludun müalicə prosesini yaxından izləyir. İyulun 5-də dövlət başçısı səhiyyə naziri Kamal Memişoğlu ilə birgə onun müalicə aldığı özəl xəstəxanaya baş çəkib. 

Qeyd edək ki, 53 yaşlı Y.BuluD bir sıra media orqanlarında iqtisadi şərhçi kimi fəaliyyət göstərib. 2013-cü ildə Türkiyə Baş nazirinin baş müşaviri, 2014-cü ildə isə Prezidentin iqtisadi məsələlər üzrə baş müşaviri təyin edilib.


SON XƏBƏRLƏR