Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, yarışın ikinci - sonuncu günündə milli komandamızın bir üzvü fəxri kürsüyə yüksəlib. Yüz kiloqram çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.