• Bakı 26° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“Barselona” Osimhenin transferində israrlıdır

İDMAN

22 May 2025 | 12:37

“Barselona” Osimhenin transferində israrlıdır

Son mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Viktor Osimhen yeni mövsüm üçün katalon təmsilçisinə transfer oluna bilər.

Bakıvaxtı.az bu barədə  “Sky Sports”a istinadən xəbər verir.

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Barselona” “Napoli”nin hücumçusuna elçi düşüb. Nigeriyalı forvard özü də bu keçidin baş tutmasında maraqlıdır.
26 yaşlı hücumçu ilə artıq ilkin razılıq əldə olunub.

Qeyd edək ki, Osimhenin “Qalatasaray”dakı icarə müddəti iyunda başa çatacaq. Onun transfer dəyəri 70 milyon avrodur.

Cavid Tağızadə

BDU-nun Jurnalistika fakültəsinin İV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

09 Iyun 2025