• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Azərbaycanlı hakim vəzifəyə təyin olundu

İDMAN

22 Aprel 2025 | 18:36

Azərbaycanlı hakim vəzifəyə təyin olundu

Azərbaycanda futbol hakimi yüksək vəzifəyə təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) məlumat yayıb. Bildirilib ki, AKTA-nın operativ fəaliyyətinin və sistemli inkişafının təmin edilməsi məqsədilə təşkilat daxilində struktur dəyişikliyi aparılaraq İcra Aparatı formalaşdırılıb.

Ümumi yığıncağın qərarına əsasən, idarə heyətinin sədr müavini Rauf Cabarov AKTA-nın icraçı direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Rauf Cabarov həm də futbol hakimi olaraq fəaliyyət göstərir. O, 2003-cü ildə futbol hakimi karyerasına başlayıb, 2019-cu ildən isə FIFA bayrağı altında matçlara təyinat alır.

 


SON XƏBƏRLƏR