• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Mançester Siti" "Tottenhem"in futbolçusunu transfer etməyi düşünür

İDMAN

22 Aprel 2025 | 22:10 | Müəllif: Subhan Mahmudov

"Mançester Siti" "Tottenhem"in futbolçusunu transfer etməyi düşünür

İngiltərənin "Mançester Siti" klubu digər Premyer Liqa təmsilçisi "Tottenhem"in müdafiəçisi Pedro Porronu transfer etməyi düşünür.

Bakıvaxtı.az  "TBR Football"a istinadən xəbər verir ki, hotspurlular bu keçidə müsbət yanaşır və 25 yaşlı oyunçunu 50 milyon funt-sterlinqə satmağa hazırdır.

"Şəhərlilər" Porronu bu mövqedə çıxış edən Kayl Uokerin əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Pedro Porro daha əvvəl 2019-2022-ci illərdə “Mançester Siti”də çıxış edib. O, cari mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 46 oyun keçirib və 3 qol vurub. İspaniyalı futbolçunun klubu ilə olan müqavilə müddəti 2028-ci ilin yayında başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026