• Bakı 16° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

"Mançester Siti" Silva ilə bağlı qərar verdi

İDMAN

22 Aprel 2025 | 16:00

Mançester Siti Silva ilə bağlı qərar verdi

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Bernardu Silva ilə bağlı qərar verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, "şəhərlilər" müqavilə müddəti 2026-cı ildə başa çatacaq yarımmüdafiəçini yayda satmağı planlaşdırır.

Klub 30 yaşlı oyunçunu azad agent kimi başqa komandalara buraxmaq niyyətində deyil.

Portuqaliyalı futbolçu ilə ölkəsinin "Benfika" klubunun maraqlandırğı bildirilir.

Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"də çıxış edən Bernardu Silvanın qiymətini "transfermarkt" 45 milyon avro dəyərləndirir.


SON XƏBƏRLƏR