• Bakı 9° C

    12.07 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan kubokunda finalın vaxtı dəyişdi

İDMAN

22 Aprel 2025 | 20:21 | Müəllif: Subhan Mahmudov

Azərbaycan kubokunda finalın vaxtı dəyişdi

2024/25 mövsümü Azərbaycan kubokunda final oyununun vaxtı dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının məlumatında bildirilir.

Qeyd edilib ki, 21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək. 

Bununla əlaqədar olaraq Minifutbol Federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib. 

Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 1 iyunda deyil, 31 may tarixində keçiriləcək. 

Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026