Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.
Bakıvaxtı.az-ın məlumatına görə, onlardan biri də qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyevadır.
O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib, ailəlidir, övladı yoxdur. O, 2016-cı ildən stüardessa kimi çalışır.
Hökumənin adı sağ qalanlar arasında qeydə alınmayıb.