• Bakı C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

Dələduzluqla bağlı bəraət alan şəxs məhkəmədə həbs olundu

HADİSƏ

24 Yanvar 2025 | 17:12

Dələduzluqla bağlı bəraət alan şəxs məhkəmədə həbs olundu

Bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən Azər İsmayılov barəsində olan hökmdən apellyasiya protesti və apellyasiya şikayəti üzrə keçirilən məhkəmə yekunlaşıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən Azər İsmayılov 10 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    O, məhkəmə zalında həbs olunub.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Azər İsmayılov Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarıb.

    İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.

    Təqsirləndirilən Azər İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR

    24 Yanvar 2025