Pakistan ordusu Əfqanıstan sərhədləri daxilindəki əraziləri vurub.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, 46 nəfərin öldüyü hücumlara görə Taliban qisas alacaqlarını açıqlayıb.
"Reuters"ə danışan və adının çəkilməsini istəməyən pakistanlı rəsmi bildirib ki, hücumlar Əfqanıstandakı Pakistan Taliban silahlılarının düşərgəsinə qarşı həyata keçirilib.
Qeyd edək ki, Əfqanıstanda Taliban administrasiyası ilə Pakistan arasında münasibətlər uzun müddətdir ki, gərgindir.
Əli Hüseynov