Belarus Prezidenti Aleksandr Lukaşenko Administrasiyası Avropa İttifaqını ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etməkdə və seçicilərə təzyiq göstərməkdə günahlandırıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Belarus Prezidenti Administrasiyasının rəhbəri Dmitri Krutoyun verdiyi açıqlamaya görə, Avropa strukturları seçkilərin nəticələrini tanımamaq barədə qərarlar qəbul edərək ölkənin daxili işlərinə qarışırlar.
“Artıq seçkilərin tanınmaması ilə bağlı müvafiq qərarların mətnləri dərc olunub. Bu, şübhəsiz ki, bizim daxili məsələlərimizə birbaşa müdaxilədir,” – deyə Krutoy vurğulayıb.
O, bu addımları Belarus seçicilərinə xaricdən təzyiq göstərmək cəhdi kimi qiymətləndirib.
Bundan əvvəl Belarusun Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko seçki komissiyası üzvlərinin şəxsi məlumatlarının yayımlanmasından sonra təhdidlər aldığını bildirmişdi.
Qeyd edək ki, daha əvvəl Lukaşenko seçkilər zamanı internetin məhdudlaşdırılması ilə bağlı yayılan iddiaları da şərh etmişdi.
Nuriyyə Musayeva