• Bakı 19° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Gürcüstan diplomatları üçün vizasız rejim dayandırıldı

DÜNYA

24 Yanvar 2025 | 15:35

Gürcüstan diplomatları üçün vizasız rejim dayandırıldı

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin daimi nümayəndələri bu gün keçirilən iclasda Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Aİ ölkələrindən birinin nümayəndə heyətindəki mənbə məlumat verib.

"Bəli, daimi nümayəndələr bu gün səhər Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərarı razılaşdırıblar", - o bildirib.

Diplomatın sözlərinə görə, bu qərar Aİ Şurası tərəfindən rəsmən təsdiqlənməlidir və bu, Aİ ölkələrinin 27 xarici işlər nazirinin yanvarın 27-də keçiriləcək iclasında edilə bilər.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025