İsrail hücumlarının yaratdığı dağıntılar nəticəsində Qəzzada təhsil sistemi ciddi böhran içindədir.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, İsrailin 15 aydan artıq davam edən hücumları nəticəsində Qəzzada 137 məktəb və universitet tamamilə dağıdılıb, 12.800 tələbə və 760 müəllim həyatını itirib.
700.000-dən çox tələbə təhsildən məhrum olub, yüzlərlə məktəb isə evlərindən didərgin düşənlərin sığındığı mərkəzlərə çevrilib.
BMT-nin məlumatına görə, Qəzzə müasir tarixdə ən böyük ampute uşaq qrupuna ev sahibliyi edir. 7 oktyabr 2023-cü ildən bəri hücumlarda 18 minə yaxın uşaq həyatını itirib, minlərlə uşaq ciddi yaralanıb.
Qəzza hökumətinin məlumatına görə, İsrail 137 məktəbi tamamilə, 357-ni isə qismən dağıdıb.
Nuriyyə Musayeva