• Bakı C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

"Zəng edib dedi ki, vəziyyətim yaxşdır" - Qəzada yaralanan Toğrul Cəfərovun atası

CƏMİYYƏT

25 Dekabr 2024 | 16:35

Zəng edib dedi ki, vəziyyətim yaxşdır - Qəzada yaralanan Toğrul Cəfərovun atası

"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan 2 saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu".

Bakıvaxtı.az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib.

O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib: “Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar. İndi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".


SON XƏBƏRLƏR

25 Dekabr 2024