• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qalatasaray" "Qarabağ"a 2 qol vuran oyunçunu istəyir

İDMAN

26 Dekabr 2024 | 00:33 | Müəllif: Subhan Mahmudov

"Qalatasaray" "Qarabağ"a 2 qol vuran oyunçunu istəyir

"Qalatasaray" "Lion"un futbolçusu Jorj Mikautadze üçün ilkin rəsmi təklif göndərib. 

Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İstanbul klubu Gürcüstan millisinin hücumçusu üçün 17 milyon avro və əlavə bonus ödəməyə hazırdır. Lakin Fransa klubu Mikautadzenin komandaya yayda keçdiyinə görə daha çox pul qazanmaq istəyir.

Qeyd edək ki, Jorj Mikautadze bu mövsüm "Lion"un heyətində 21 matça çıxaraq 7 qol vurub (həmçinin Bakıda "Qarabağ"a 2 qol vurmuşdu) və 1 qolun ötürməsini edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026