Sabiq italiyalı futbolçu və hazırda məşqçi olan Daniele De Rossi "Ostiamare" klubunu alıb.
Bakıvaxtı.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.
De Rossi İtaliya D Seriyasının komandasını iflas olmaqdan xilas edib. O, həmçinin hazırda təhlükəsizlik qaydalarına uyğun olmayan klub stadionu ilə bağlı problemləri həll edəcəyinə söz verib.
Qeyd edək ki, "Ostiamare" Daniele De Rossi üçün doğma klubdur. O, futbolçu karyerasına bu komandada başlayıb.