• Bakı C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Misir XİN Azərbaycana başsağlığı verdi

SİYASƏT

25 Dekabr 2024 | 17:47

Misir XİN Azərbaycana başsağlığı verdi

Misir “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, müvafiq məzmunlu sənədi Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb.

"Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir", - XİN-in bəyanatında bildirilib.

Qahirə, həmçinin belə ağır məqamda Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.


SON XƏBƏRLƏR

25 Dekabr 2024