Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev təyyarənin atəşə tutulmasının izləri ilə bağlı məlumatı şərh edib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Bozumbayev bununla bağlı qabaqcadan açıqlama verməyin mümkün olmadığını deyib:
“İstintaqa məhkəmə-tibb ekspertləri və mülki aviasiya ekspertləri cəlb olunub. Mən vaxtından əvvəl açıqlama verməyə cəsarət etmirəm, lazımi işləri və araşdırmaları aparacaq mütəxəssislər var”.