• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Nazir: "Təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək"

CƏMİYYƏT

26 Dekabr 2024 | 01:12

Nazir: Təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək

“Təyyarə qəzası ilə bağlı Qazaxıstan tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb. Eyni zamanda Azərbaycanın Baş Prokurorluğunun və Dövlət Mülki Aviasiya Agentliyinin mütəxəssisləri hadisə yerində işləyirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

“Təbii ki, ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasının səbəbi ilə bağlı açıqlama veriləcək”, - deyə Kəmaləddin Heydərov bildirib.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.

Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.


SON XƏBƏRLƏR

25 Dekabr 2024