ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölüm hökmlərinin icra edilməsi ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, vəzifəyə gəldikdən sonra federal ölüm hökmünü qətiyyətlə tətbiq etməyə davam edəcəyini bəyan edib.
“Truth Social” sosial şəbəkəsində verdiyi açıqlamada Tramp Baydenin ölüm hökmü cəzasına məhkum edilmiş 37 məhbusun cəzalarının ömürlük həbslə əvəzlənməsinin qəbuledilməz olduğunu bildirib və bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu müdafiə edib:
"Co Bayden ölkəmizin 37 ən pis qatilinin edam cəzasını yüngülləşdirdi. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu, mənasız bir qərardır. Qurbanların yaxınları və dostlar bunun baş verdiyinə inana bilmirlər".
Əli Hüseynov