• Bakı 17° C

    2.11 m/s

Yanğın baş verən küçədə hərəkət bərpa edildi - YENİLƏNİB

HADİSƏ

25 Dekabr 2024 | 18:18 | Müəllif: Əli Hüseynov

Yanğın baş verən küçədə hərəkət bərpa edildi - YENİLƏNİB

Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində baş verən yanğın səbəbindən Mehdi Məmmədov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib

 

***17:39

Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətin tətbiq edilməsində səbəb Yasamal rayonu, Şəfayət Mehdiyev və Mehdi Məmmədov küçələrinin kəsişməsində binada baş verən yanğın hadisəsidir.

Əli Hüseynov


Yanğın baş verən küçədə hərəkət bərpa edildi - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026