• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Audiovizual Şuradan mediaya XATIRLATMA

MEDİA

25 Dekabr 2024 | 18:20 | Müəllif: Subhan Mahmudov

Audiovizual Şuradan mediaya XATIRLATMA

Azərbaycan Audiovizual Şurası açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, açıqlamada deyilir:

“Azərbaycan Audiovizual Şurasının rəhbərliyi və kollektivi "Azərbaycan Hava Yollarına" məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyir.

26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladır ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026