• Bakı C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

İdman Jurnalistləri Assosiasiyası iki jurnalistin məhkəməyə verilməsini qınadı

MEDİA

29 Dekabr 2024 | 16:23

İdman Jurnalistləri Assosiasiyası iki jurnalistin məhkəməyə verilməsini qınadı

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin idman jurnalistləri Anar Səid (Şabanoğlu) və İxtiyar Əsgərov barəsində məhkəmə qarşısında qaldırdığı iddianı qınayır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikir Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda bildirilir ki, jurnalistika cəmiyyətin əsas sahələrindən biri kimi hər hansı təzyiqdən uzaq tutulmalıdır:

"Təəssüflə qeyd edirik ki, yaranmış bu hal qanunvericilik və media prinsiplərindən kənara çıxmaqla bərabər, mediada fikir və söz azadlığına, jurnalistin müstəqilliyinə birbaşa müdaxilədir.

İdman jurnalistləri Anar Səid (Sabanoğlu) və İxtiyar Əsgərov 30 ilə yaxın peşə fəaliyyətləri dövründə iddia olunan hala heç vaxt yol verməyib, əksinə, öz peşəkarlıqları ilə hər zaman Azərbaycan idman mediasının aparıcı və nüfuzlu simalarından olublar".

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfləri aralarında yaranmış mübahisəni yeni il ərəfəsində qarşılıqlı anlaşma yolu ilə həll etməyə, cənab Rəfiyevi iddiasını geri götürməyə və idman jurnalistlərinin məhdudiyyətsiz işləyə biləcəyi mühiti təmin etməyə çağırır.


SON XƏBƏRLƏR

31 Dekabr 2024