• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

“Fotojurnalistikaya Dəstək Proqramı”nın təqdimat mərasimi keçirilib

MEDİA

24 Yanvar 2025 | 13:53

“Fotojurnalistikaya Dəstək Proqramı”nın təqdimat mərasimi keçirilib

Mətbuat Şurasında “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, təlimlər Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika (BDU) fakültəsi, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar çıxışlarında layihənin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda təlimçilərlə iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.


SON XƏBƏRLƏR

04 Fevral 2025