"Bu, Rusiya, Qazaxıstan və Azərbaycan xalqlarının ümumi kədəridir”.
Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, bu sözləri futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov sosial şəbəkədəki hesabında yazıb.
Rusiyalı mütəxəssis Aktauda sərnişin təyyarəsinin qəzaya uğramasına biganə qalmayıb. O bununla bağlı başsağlığı verib:
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verirəm".
Qeyd edək ki, qəzaya uğrayan təyyarə Bakı - Qroznı reysini həyata keçirirdi.