Matəm günü ilə əlaqədar Azərbaycandakı məscidlərdə anma tədbirləri keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.