İsrail Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı yeni şərtlər irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.
Məlumata görə, bəyanatda İsrail tərəfi qoşunların çıxarılması, atəşkəs, əsir mübadiləsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı tələblər irəli sürüb.
Hazırda Qətər və Misirin vasitəçiliyi ilə Dohada Qəzza məsələsi ilə bağlı danışıqlar aparılır.
Nuriyyə Musayeva