• Bakı C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.7766

    RUB - 1.7015

ABŞ-nin ÜST-dən çıxması təşkilatı çətin duruma salıb

DÜNYA

24 Yanvar 2025 | 17:07

ABŞ-nin ÜST-dən çıxması təşkilatı çətin duruma salıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın təşkilatdan çıxmaq qərarından sonra xərcləri azaldacaq və proqramların prioritetliyini yenidən nəzərdən keçirəcək.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

"Bu bəyanat bizim maliyyə vəziyyətimizi daha da kəskinləşdirdi", - o vurğulayıb.

Sənəddə qeyd olunub ki, ÜST vəsaitlərə qənaət etmək məqsədilə səfər xərclərini əhəmiyyətli dərəcədə azaltmağı və işçi qəbulunu dayandırmağı planlaşdırır.

Qeyd edilib ki, bundan sonra ÜST bütün görüşləri videokonfransa keçirəcək, İT avadanlığının dəyişdirilməsini məhdudlaşdıracaq və təhlükəsizliklə bağlı olmadığı təqdirdə ofislərin təmirini dayandıracaq.

ABŞ təşkilatın ümumi maliyyələşməsinin təxminən 18 %-ni təmin edir. ÜST-nin 2024-2025-ci illər üçün son ikiillik büdcəsi 6,8 milyard dollar təşkil edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlatın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.


SON XƏBƏRLƏR

24 Yanvar 2025