Hindistanın Maharaştra ştatında silah zavodunda baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər həlak olub, yeddi nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın nəqliyyat və avtomobil yolları naziri Nitin Qadkari məlumat verib.
Yerli KİV-in məlumatına görə, Hindistanın maliyyə paytaxtı Mumbaydan təxminən 830 km məsafədə, Bhandara rayonunda yerləşən zavodda raket yanacağı və partlayıcı maddələr istehsal edilir.
Daha əvvəl ştatın baş naziri bildirmişdi ki, partlayışdan sonra dam uçub və 13-14 fəhlə dağıntılar altında qalıb. Onlardan beşini xilas etmək mümkün olub.
Partlayışın səbəbi məlum deyil.