• Bakı 13° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Makron Luvr muzeyinin qəzalı vəziyyəti ilə bağlı bəyanat verəcək

DÜNYA

24 Yanvar 2025 | 17:24

Makron Luvr muzeyinin qəzalı vəziyyəti ilə bağlı bəyanat verəcək

Fransa prezidenti Emmanuel Makron Luvr muzeyinin qəzalı vəziyyəti ilə bağlı bəyanatla çıxış edəcək.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib.

"Prezidentlik, Mədəniyyət Nazirliyi və Luvr rəhbərliyi arasında müzakirələr aparılır. Dövlət başçısı yaxın vaxtlarda bu məsələ ilə məşğul olmağı planlaşdırır", - saraydan bildirilib.

Qeyd edək ki, yanvarın 13-də muzeyin direktoru Lorans De Kar Fransanın mədəniyyət naziri Raşida Datiyə məxfi məktub göndərərək, binanın ciddi şəkildə köhnəlməsi səbəbindən Luvrun əsaslı təmirə ehtiyacı olduğunu bildirib.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025