• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

AZAL rəsmisi: Təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur

GÜNDƏM

25 Dekabr 2024 | 20:19

AZAL rəsmisi: Təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.

Onun sözlərinə görə, hadisə Qazaxıstanda ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir:

"Rəsmi qurumlar tərəfindən dəqiq məlumatlar araşdırmanın sonunda ictimaiyyətə təqdim olunacaq".

O əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun korpusunda qan verirlər. Hazırda oraya 14 nəfər göndərilib.

Xatırladaq ki, dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.


SON XƏBƏRLƏR

25 Dekabr 2024