Moldova Xarici İşlər Nazirliyi "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau (Qazaxıstan) yaxınlığında qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu ağır vaxtda fikrimiz zərərçəkənlərin yanındadır", - məlumatda deyilir.