Niderland millisinin sabiq futbolçusu Klarens Zeedorfun oğlu Denzel Zeedorf İtaliya təmsilçisi "Milan"ın əsas komandasında məşqlərə başlayıb.
Bakıvaxtı.az "Football Italia"ya istinadən xəbər verir ki, "rossonerilər"in sabiq üzvü olan Klarensin oğlu klubun 18 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.
O, 12 yaşından "Milan"ın aşağı yaş qruplarından ibarət kollektivlərində forma geyinir.
Qeyd edək ki, ata Zeedorf 2002-2012-ci illərdə "Milan"da çıxış edib və komandanın heyətində iki dəfə Çempionlar Liqası kubokunu qazanıb.