• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təyyarə qəzasının 13 yaşlı qurbanı Məhəmmədəli

HADİSƏ

26 Dekabr 2024 | 00:28 | Müəllif: Subhan Mahmudov

Təyyarə qəzasının 13 yaşlı qurbanı Məhəmmədəli

13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər. Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8 d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyyətcə çeçendir.

13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş. Məlumata görə, Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 sərnişin isə yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026