Gürcüstan parlamentinin rəhbərliyi dekabrın 29-da, seçilmiş prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi günü təhlükəsizlik tədbirlərimi gücləndirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
“Bu il dekabrın 29-da Gürcüstan Prezidentinin andiçmə mərasiminin keçirilməsi üçün Gürcüstan Parlamentinin Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq. Ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq”, - məlumatda qeyd olunub.
Qanunverici orqan aydınlaşdırıb ki, xüsusi akkreditasiya almaq üçün media nümayəndələri parlamentə müraciət etməlidirlər.