• Bakı C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Həkimlərimizdən ibarət briqada Aktauya ezam olunacaq - Prezidentdən TAPŞIRIQ

SİYASƏT

25 Dekabr 2024 | 16:24

Həkimlərimizdən ibarət briqada Aktauya ezam olunacaq - Prezidentdən TAPŞIRIQ

Prezident İlham Əliyev AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı keçirdiyi müşavirədə bir sıra tapşırıqlar verib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı deyib ki, bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurmuş və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı ona məlumat verilib:

“Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndüm. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilib”.

İlham Əliyev əlavə göstərişlə Azərbaycan həkimlərindən ibarət briqadaların da Aktau şəhərinə tezliklə ezam olunacağını vurğulayıb.


SON XƏBƏRLƏR

25 Dekabr 2024