• Bakı C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Yaralananların hansı şöbələrə yerləşdirildiyi məlum olub

HADİSƏ

26 Dekabr 2024 | 10:36

Yaralananların hansı şöbələrə yerləşdirildiyi məlum olub

AZAL-ın təyyarə qəzasından sonra xəstəxanaya 27 şəxs daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən yaradılmış işçi qrupa məlumat daxil olub.

Bildirilib ki, onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki müəyyən edilməyib.

Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.


SON XƏBƏRLƏR