• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

“Embraer” nümayəndələri Qazaxıstana gedib

CƏMİYYƏT

26 Dekabr 2024 | 09:07

“Embraer” nümayəndələri Qazaxıstana gedib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstanda səfərdədir. Qeyd olunur ki, ərazidə işlər Azərbaycanın aviasiya hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində aparılır:

"Təyyarə istehsalçısı “Embraer” və CENIPA (Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar”, - deyə məlumatda bildirilir.

Hazırda komissiyanın əməkdaşları fövqəladə hadisə yerindədir və çöl araşdırmaları aparır.

Qazaxıstandan olan komissiyaya Nəqliyyat Nazirliyinin, Mülki Aviasiya Komitəsinin və “Kazaeronaviqasiya” respublika dövlət müəssisəsinin nümayəndələri daxil olub. Komissiyaya Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.


SON XƏBƏRLƏR