• Bakı 10° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Pakistan səfiri: Matəm günündə qardaş Azərbaycanla həmrəyik

SİYASƏT

26 Dekabr 2024 | 10:32

Pakistan səfiri: Matəm günündə qardaş Azərbaycanla həmrəyik

Pakistan matəm günündə qardaş Azərbaycanla həmrəydir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan səfiri Qasım Mohiuddin "X"də yazıb.

"Qurbanların ailələrinin və bu faciədən zərər çəkənlərin hamısının kədərinə şərikik. Bu çətin zamanda dualarımız və düşüncələrimiz Azərbaycanladır", - diplomat qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Bundan başqa, aviaqəzanın səbəblərinin yerində araşdırılması üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktaudadır.


SON XƏBƏRLƏR

26 Dekabr 2024