Qazaxıstanda təyyarə qəzasından sonra Aktaudan təxliyə edilən Rusiya vətəndaşlarının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) “Tsentrospas” dəstəsinin anestezioloq-reanimatoloqu Viktor Belinski bildirib.
“Bizim təyyarənin göyərtəsində bütün zərərçəkənlər var. Onların vəziyyətləri ağırdır, lakin onlar daşına bilirlər. Moskvaya uğurlu təxliyə üçün təyyarədə bütün zəruri yardım göstəriləcək”, - o bildirib.
Rusiya FHN-nin İl-76 təyyarəsi Aktaudan havaya qalxıb, təyyarə qəzasında xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Moskvaya çatdıracaq.
***
09:27
Aktaudan Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Moskvaya istiqamət götürüb. Təyyarə xəsarət alan 9 rusiyalı, o cümlədən bir uşağı müalicə üçün Rusiyanın paytaxtına çatdıracaq.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın FHN-nin mətbuat xidməti məlumat yayıb.
“Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu FHN-nin xüsusi təyyarəsi Aktau hava limanından uçub. Təyyarədə bir uşaq daxil olmaqla, doqquz nəfər var”, - məlumatda qeyd edilib.
Məlumata əsasən, Rusiyanın FHN-nin Təcili Psixoloji Yardım Mərkəzinin bazasında açılmış qaynar xəttin 24 saat fəaliyyəti davam edir. Psixoloqlar, həmçinin Çeçenistanda zərərçəkənlərin və həlak olanların ailələri ilə işləyirlər.