• Bakı C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Pentaqonun yeni rəhbəri təsdiqləndi

DÜNYA

25 Yanvar 2025 | 09:09

Pentaqonun yeni rəhbəri təsdiqləndi

Donald Tramp administrasiyası dövründə ABŞ-nin müdafiə katibi vəzifəsini Pit Heqset icra edəcək.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın ABŞ müdafiə katibi vəzifəsinə namizədi olan Pit Heqset, Senatda keçirilən səsvermədən sonra Pentaqonun yeni rəhbəri olaraq təsdiq edilib.

    44 yaşlı Heqset ABŞ ordusunun veteranıdır. O quru qoşunlarının ehtiyatda olan mayoru olmaqla yanaşı hərbi mükafatlara da layiq görülüb.

    O, zabit rütbəsini doğulduğu Minnesota ştatının Milli Qvardiyasında xidmət etməklə qazanıb. Heqset səkkiz ildir ki, “Fox News”da işləyir.

    O, həmçinin bir neçə kitab yazıb və iki veteran hüquqları təşkilatına rəhbərlik edib.

    Prinston və Harvard Universitetlərində təhsil alıb.


    SON XƏBƏRLƏR

    04 Fevral 2025